-
- 4-07-2024, 19:22
- 665
Aşpaz Ginnesin Rekordlar Kitabına düşdü
Qanalı aşpaz Ebenezer Smit 802 saat 25 dəqiqə yemək bişirməklə adını Ginnesin Rekordlar Kitabına yazdırıb.
News24.az Publika.az-a istinadən xəbər verir ki, xalq arasında "Aşpaz Smit" kimi tanınan Ebenezer Smit fevralın 1-də ölkənin paytaxtı Akkrada başladığı yemək marafonunu martın 6-da başa vurub.
Smit 802 saat 25 dəqiqə ilə "ən uzun yemək vaxtı" rekordunu qırdı. Aşpaz Ginnesin Rekordlar Kitabından sertifikat aldıqdan sonra verdiyi açıqlamada ilkin hədəfinin 1200 saat yemək bişirmək olduğunu, ancaq 802 saat 25 dəqiqə bişirdiyini qeyd edib.
Xatırladaq ki, Ginnesin Rekordlar Kitabına düşən Smit 2023-cü ilin noyabrında 119 saat 57 dəqiqə yemək bişirərək irlandiyalı aşpaz Alan Fişerini geridə qoyub.