Tedesko istefaya göndərilir?
    • 4-07-2024, 20:23
    • 185

Tedesko istefaya göndərilir?

Belçika Futbol Federasiyasının idman direktoru Frank Verkauteren millinin baş məşqçisi Domeniko Tedeskonun gələcəyi ilə bağlı sualı cavablandırıb.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, o belə deyib: “Domeniko 2026-cı ilə qədər müqavilə imzalayıb, ona görə də ayrılmaq barədə heç bir sual yoxdur. Tedesko millidə qalacaq".

Qeyd edək ki, Belçika 1/8 finalda Fransaya 0:1 hesabı ilə uduzub və turnirdə mübarizəni dayandırıb.