Millinin baş məşqçisi ilə bağlı qərar verildi
    • 28-03-2024, 12:45
    • 192

Millinin baş məşqçisi ilə bağlı qərar verildi

Uels milli komandasının baş məşqçisi Rob Peyc postunda qalacaq.

News24.az İdman.biz-ə istinadla xəbər verir ki, bunu Uels Futbol Assosiasiyasının prezidenti Stiv Uilyams açıqlayıb.

O bildirib ki, yığma AVRO-2024-ə vəsiqə qazana bilməsə də mütəxəssisin vəzifəsində qalmasına qərar verilib: “Robun müqaviləsi DÇ-2026-nın sonuna qədərdir. Biz də onunla işimizə davam edəcəyik”.

Qeyd edək ki, Uels pley-offun finalında Polşaya uduzub – 0:0, pen. 4:5.