Fidel Kastronun ilk həyat yoldaşı vəfat etdi
    • 7-07-2024, 11:17
    • 236

Fidel Kastronun ilk həyat yoldaşı vəfat etdi


Kubanın sabiq lideri Fidel Kastronun ilk həyat yoldaşı Mirta Dias-Ballart 95 yaşında vəfat edib.

News24.az Lent.az-a istinadla xəbər verir ki, bu barədə onun nəvəsi Fidel Antonio Kastro Smirnov X hesabında paylaşım edib.

Qeyd edək ki, Dias-Ballart 1948-ci ildə Fidel Kastro ilə ailə qurub, 1 il sonra oğulları Fidel dünyaya gəlib. 1955-ci ildə Kubada növbəti uğursuz inqilab cəhdindən sonra cütlüyün yolları ayrılıb. Daha sonra Dias-Ballart İspaniyaya köçüb və ömrünün sonuna qədər bu ölkədə yaşayıb.