“Maserati”dən tək nüsxə unikal elektrikli kabriolet - FOTOLAR
    • 4-07-2024, 22:10
    • 146

“Maserati”dən tək nüsxə unikal elektrikli kabriolet - FOTOLAR

İtalyan lüks sinif avtomobil istehsalçısı “Maserati” tək nüsxə olan “GranCabrio Folgore” markalı elektrikli kabriolet hazırlayıb.

News24.az “electrek.co” portalına istinadən xəbər verir ki, tək nüsxə 600 ildən artıq içkilər istehsal edən “Marchesi Antinori” şərab şirkətinin yubileyi şərəfinə yaradılıb.

Bildirilir ki, yeni elektrikli avtomobil iyulun 14-də hərraca çıxarılacaq və satılacağı halda bütün gəlir xeyriyyə işlərinə sərf olunacaq.