Qəzzada ölənlərin sayı 38 mini keçdi
    • 4-07-2024, 16:03
    • 110

Qəzzada ölənlərin sayı 38 mini keçdi

İsrailin 7 oktyabrdan bəri həyata keçirdiyi hücumlarda həyatını itirən fələstinlilərin sayının 38 min 11-ə, yaralı sayının isə 87 min 445-ə yüksəldiyi qeyd edilib.

News24.az xəbər verir ki, Səhiyyə Nazirliyi Qəzza zolağının cənubundakı Xan Yunisdəki Nasser Xəstəxanasında elektrik generatorlarının yanacaq çatışmazlığı səbəbindən bir neçə saat işləməyəcəyini açıqlayıb.

Açıqlamada Nasser Xəstəxanasının Xan Yunus və Rəfahda xəstələrə xidmət göstərən yeganə əsas xəstəxana olduğu və hazırda xəstəxananın bəzi şöbələrində müalicələrin dayandırıldığı bildirilib.

Bəyanatda bütün beynəlxalq və humanitar təşkilatlar generatorları işə salmaq üçün lazım olan yanacağın təmin edilməsi üçün təcili müdaxiləyə çağırılıb.

Günel Məlikzadə