Qəzzada ölənlərin sayı 36 mini keçdi
    • 27-05-2024, 22:20
    • 155

Qəzzada ölənlərin sayı 36 mini keçdi

Fələstin Səhiyyə Nazirliyinin Qəzzada verdiyi açıqlamada İsrailin 234 gündür Qəzza zolağında həyata keçirdiyi hücumlarla bağlı məlumat verilib.

News24.az xəbər verir ki, hücumlarda ölənlərin sayının 36 min 50-yə, yaralıların sayının isə 81 min 26-ya yüksəldiyi qeyd edilib.

Açıqlamada dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, lakin İsrail qüvvələrinin maneəsi üzündən tibb qrupları və mülki müdafiə səlahiyyətlilərinin cəsədlərə çata bilmədiyi də bildirilib.

Günel Məlikzadə