Tbilisidəki Mtastminda parkında yanğın baş verdi
    • 4-07-2024, 17:37
    • 107

Tbilisidəki Mtastminda parkında yanğın baş verdi

Tbilisidəki Mtastminda parkının dağlıq ərazisində yanğın baş verib. Dağın yamacında başlayan yanğının hansı səbəbdən baş verdiyi məlum deyil.

News24.az AZƏRTAC-a istinadla xəbər verir ki, hazırda yanğınsöndürmə briqadaları alovun daha geniş əraziyə yayılmasının qarşısını almağa və alovu söndürməyə çalışırlar.

Yanğının söndürülməsinə helikopter cəlb olunub.

Qeyd edək ki, Mtastminda parkı Tbilisidə əhalinin ən çox istirahət etdiyi ərazilərdən biridir. Gürcüstanın televiziya qülləsi də məhz həmin ərazidə yerləşir.