Həkimlər xəstəni belə xilas etdi - Məlumat
    • 4-07-2024, 18:13
    • 159

Həkimlər xəstəni belə xilas etdi - Məlumat

Həştərxan həkimləri zəhərli hörümçəyin dişlədiyi Qazaxıstan vətəndaşının həyatını xilas ediblər.

News24.az xəbər verir ki, Həştərxan həkimləri zəhərli hörümçək dişləməsindən əziyyət çəkən adama kömək etmək üçün təcili olaraq Qazaxıstana getməli olublar.  Zəhərlənən 44 yaşlı yerli sakin Atırau vilayətindəki Balkuduk xəstəxanasına yerləşdirilib.

Həkimlər əcnəbini karakurt hörümçəyinin dişlədiyini irəli sürüblər. Daha sonra məlumat veriblər ki, halhazırda xəstənin vəziyyəti stabilləşib, həyat və sağlamlığı təhlükə altında deyil.

Məlumat üçün qeyd edək ki, karakurt qara dul cinsinə aid hörümçək növüdür, onun zəhəri ilan zəhərindən daha təhlükəli hesab olunur. 

Məryəm