-
- 5-07-2024, 13:14
- 273
“Halal otel” bizə lazımdırmı? - İlahiyyatçı
Bu gün qlobal miqyasda “halal” adı altında formalaşdırılan biznesdən illik 20 trilyon dollara yaxın gəlir götürülür. Məsələn, beynəlxalq saytlardan olan “Bukinq” belə “Halal bukinq” adlı əlavə daha bir axtarış saytı yaradıb. “Halal bukinq”də tapılan otellərdə qadın və kişilərin ayrı hovuzları, hovuza girən qadınların mütləq məxsusi qapalı geyimləri olur.
News24.az bildirir ki, bu sözləri Axar.az-a ilahiyyatçı Elşad Miri Azərbaycanda “halal otel” konseptinin yaradılmasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, bu konsepsiya nəinki müsəlman ölkələrində, müxtəlif formada Qərb ölkələrində də mövcuddur:
“Məsələn, ABŞ-da “koşer” deyilən və yəhudilərin halal olaraq qəbul etdiyi qida növləri var ki, onların satışı da “halal” biznesi ilə həyata keçirilir. Ölkəmizdə isə tez-tez qadın və kişilərin eyni çimərliyə girməməsi məsələsi gündəmə gətirilib, vaxtaşırı çimərliyə girə bilməyən qadınlar üçün xüsusi yerlərin açılması təklifi irəli sürülüb. Digər tərəfdən, xaricdən Azərbaycana gələn, müsəlman ölkələrindən olan turistlər məhz “halal otel” konspesiyasını əsas qəbul edirlər. Yaxud saatlıq xidmət göstərən otelləri qəbul etməyən müsəlmanlar “halal otel”ə istiqamətlənirlər. Çünki bu konsepsiyada ailə ilə gəlmə anlayışı daha çox hakim olur. Təbii ki, bütün bunlar dində mövcud olan anlayışın biznesə çevrilməsidir. Ümumiyyətlə, kapitalizm - hansı məfhumdan necə istifadə edib, mənfəət götürməkdir. “Halal otel” konsepsiyası da dini dəyərlərin bu şəkildə qazanca çevrilməsidir”.