Ərdoğan:
    • 5-07-2024, 16:58
    • 243

Ərdoğan: "Fransızların formasında da xoruz var.."

AVRO-2024-ün son 16 turunda Avstriya ilə matçda millinin qollarını vuran Merih Dəmiral əli ilə boz qurd işarəsi göstərərək sevincini nümayiş etdirib. 

News24.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan UEFA-nın bu addımla bağlı araşdırmaya başlaması ilə bağlı açıqlama verib.

Prezident Ərdoğan açıqlamasında "Almanların formasında niyə qartal var deyirlər? Fransızların formasında xoruz var, kimsə niyə xoruzlanırsınızmı deyir? Merih bu görüntü ilə həyəcanını nümayiş etdirib. Bunun üzərinə Xarici İşlər Nazirliyimiz öz məsullarını çağırıb və bununla bağlı lazımi addımlar atılır” deyib.

Sözlərinə davam edən Ərdoğan, "İnşallah meydandan qələbə ilə ayrılıb növbəti mərhələyə keçək. Qeyri-adi bir hadisə baş verməsə, matça çıxmağa qərar verdik" deyib.

Günel Məlikzadə