-
- 23-05-2019, 12:23
- 2 032
Bakıda polis fahişəxanaya çevrilmiş evə basqın etdi - YATAQDA TUTULDULAR
Bakıda qadınları fahişəliyə cəlb etdiyi üçün həbs edilən qadın Ali Məhkəməyə müraciət edib.
News24.az-ın məlumatına görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1-ci, yəni gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə maddəsi ilə Nəsimi rayon Məhkəməsi tərəfindən 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilən Nadirova Maman Vaqif qızı qərardan apelyasiya şikayəti verib. Lakin Bakı Apelyasiya Məhkəməsi onun tələbini rədd edib. Maman Nadirova bu dəfə Ali Məhkəməyə üz tutub və barəsindəki hökmün dəyişdirilməsini, işin yenidən araşdırılmasını xahiş edib. İşə Ali Məhkəmədə hakim Fərhad Kərimovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, Maman Nadirova Nəsimi rayonunda paytaxt sakini Sevda Vəliyevanın (ad və soyadlar şərtidir - red.) mənzilini kirayə götürüb və orda əxlaqsızlıq yuvası təşkil edib. 23 dekabr 2016-cı il tarixdə Samir Məmmədovun Samirə Əliyeva ilə görüşünə həmin mənzildə şərait yaradıb. Bunun müqabilində Maman Nadirova Samir Məmmədovdan qadınla mənzildə bir saat görüşməsi üçün 20 manat alıb.
Daha sonra Maman Nadirova yüngül həyat tərzi keçirən Nərmin Səlimovanı İsa Vəliyevlə görüşünə şərait yaradıb. O, İsa Vəliyevdən 50 manat alıb və həmin mənzildə Nərminlə görüşməsinə şərait yaradıb. Maman Nadirova İsa Vəliyevdən aldığı 50 manatın 25 manatını özünə götürüb, 25 manatını isə qadına verib.
Bundan sonra Nərmin Səlimova həmin mənzildə İsa Vəliyevlə intim əlaqəyə girib. Bu zaman Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları daxil olan məlumat əsasında həmin mənzilə gəliblər. Keçirilən əməliyyat nəticəsində mənzilin yataq otağında İsa Vəliyev Nərminlə yaxalanıb.