-
- 22-11-2019, 13:35
- 2 414
Bakıda azyaşlı qızları fahişə kimi satan prodüserdən YENİ XƏBƏR - FOTO
Bakıda azyaşlı qızları fahişəliyə cəlb edən “İntuş” ləqəbli prodüser İntizam Yusifov Ali Məhkəməyə müraciət edib.
News24.az-ın məlumatına görə, Cinayət Məcəlləsinin 171.1-ci (Yetkinlik yaşına çatmayanları fahişəliyə və ya əxlaqsız əməllərə cəlb etmə) maddəsiylə təqsirləndirilən və Nərimanov Rayon Məhkəməsi tərəfindən məhkum edilən “İntuş” ona bəraət verilməsini tələb edib. Belə ki, bir neçə ay əvvəl Ali Məhkəməyə müraciət etsə də, sentyabr ayında o, məhkəməyə verdiyi kasasiya şikayətini geri götürüb. İ.Yusifov növbəti dəfə noyabr ayında şikayətini irəli sürüb. Müraciətə hakim Tahir Kazımovun sədrliyi ilə baxılacaq.
İttihama görə, İ.Yusifov yetkinlik yaşına çatmayan qızları fahişəliyə cəlb etdiyi üçün həbs edilib.
Cinayət işində 13 nəfər azyaşlı qız zərərçəkmiş qismində tanınır. Nərimanov Rayon Məhkəməsinin hökmü ilə İ.Yusifov dörd il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkun apellyasiya şikayəti verib.
Bakı Apellyasiya Məhkəməsi onun şikayəti təmin etməyib.
Qeyd edək ki, "İntuş" stilist və prodüser kimi tanınıb və şou-biznes aləminə yaxın şəxsdir.