-
- 18-05-2019, 14:53
- 2 360
Bakıda keçmiş polis rüşvətə görə həbs edildi - YENİ MƏLUMAT
Bakıda vəzifəli şəxslərə rüşvət verməkdə təqsirli bilinərək həbs edilmiş keçmiş polis əməkdaşı Sadıqov Sərxan Tahir oğlu barəsindəki hökmdən Ali Məhkəməyə müraciət edib.
News24.az-ın məlumatına görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312.2-cü, yəni vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə maddəsi ilə təqsirli bilinərək 4 il yarım müddətinə azdlıqdan məhrum edilən Sərxan apelyasiya instansiyasında tələbinin rədd edilməsindən sonar Ali Məhkəməyə üz tutub. O, işin yenidən araşdırılmasını və barəsindəki hökmün dəyişdirilməsini xahiş edib.
İşə Ali Məhkəmənin hakimi Şahin Yusifovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, S.Sadıqov Bakı Şəhər Baş Polis İdarəsinə tabe olan “Bakı Metropoliteni”ndə polis şöbəsinin əməkdaşı olub. O, Sədrəddin Kərimovvə Xəyyam Səfərzadəyə maşın nömrəsi alacağı vədini verib. Lakin S.Sadıqov sonradan verdiyi vədə əməl etməyib.
Ümumilikdə, həmin şəxslərə 17 min manata yaxın ziyan dəyib.
O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Lakin şikayət təmin edilməyib