Şərurda 7 yaşlı uşaq hovuzda boğuldu
    • 5-07-2024, 18:10
    • 171

Şərurda 7 yaşlı uşaq hovuzda boğuldu

Şərur rayonunda bədbəxt hadisə baş verib, yeddi yaşlı uşaq hovuzda boğulub.

News24.az Modern.az-a istinadla bildirir ki, hadisə Şərur rayonunun Aşağı Yaycı kəndində baş verib.

Kənd sakini, 2017-ci il təvəllüdlü Fərzəliyev İbrahim Nofəl oğlu ehtiyatsızlıqdan hovuzda boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.