Qazaxıstanda hərbi hissənin ərazisində 3 nəfər öldü
    • 5-07-2024, 18:44
    • 165

Qazaxıstanda hərbi hissənin ərazisində 3 nəfər öldü

Qazaxıstanın Arıs şəhərində hərbi hissənin ərazisində üç nəfər həlak olub.

News24.az Trend-ə istinadən bildirir ki, bu barədə Qazaxıstanın Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Bu gün, 5 iyul 2024-cü il tarixində Arış şəhərində hərbi hissənin ərazisindəki kanalizasiya sistemində xidmət və təmizlik işləri aparılarkən ikisi mülki şəxs, biri müqavilə üzrə xidmət göstərən hərbi qulluqçu olmaqla üç nəfər kanalizasiya qazından zəhərlənmə səbəbindən həlak olub", - məlumatda deyilir.

Qeyd olunub ki, hadisə Çimkənd rayon istismar bölməsinin iş zamanı ehtiyatsızlıq ucbatından quyuya düşmüş işçisini xilas edərkən baş verib.

"Onun köməyinə gələn iki fəhlə və iki müqaviləli hərbçi də vəziyyətləri pisləşdiyi üçün səthə çıxa bilməyib. Nəticədə üç nəfər hadisə yerində həlak olub. Daha bir fəhlə və müqaviləli hərbçi Arıs şəhərində xəstəxanadadır. Onların vəziyyəti ağır stabil olaraq qiymətləndirilir", - məlumatda deyilir.

Şöbədən onların vəziyyəti "stabil ağır" olaraq qiymətləndirilir.

Müdafiə Nazirliyindən əlavə ediblər ki, Qazaxıstan Respublikası Daxili İşlər Nazirliyinin Hərbi İstintaq İdarəsinin Çimkənd şöbəsi faktla bağlı ibtidai istintaqa başlayıb.