-
- 8-07-2024, 21:00
- 274
Qəzzada atəşkəs olacaq?
Fransanın AFP xəbər agentliyinə Həmas rəsmisi bildirib ki, vasitəçilər onu əmin ediblər ki, girovların dəyişdirilməsi danışıqları davam etdikcə atəşkəs qüvvədə qalacaq.
News24.az xəbər verir ki, Həmas daha əvvəl girov mübadiləsi üçün daimi atəşkəs və İsrailin Qəzzadan tamamilə çıxarılmasını şərtləndirib. Bəyanat HƏMAS-ın tələblərini yumşaltdığını göstərir.
Bu bəyanatdan bir neçə saat sonra İsrailin baş naziri Benyamin Netanyahu çıxış edib. O, İsrailin qəbul etdiyi təklifin müharibə məqsədlərinə xələl gətirmədən girovların qaytarılmasına imkan verdiyini bildirib.
Netanyahu, "Qəzza ilə bağlı əldə ediləcək razılaşma İsrailin bütün məqsədlərinə çatana qədər müharibəni davam etdirməsini təmin etməlidir" deyib.
Günel Məlikzadə