-
- 8-07-2024, 20:31
- 448
19 ildən sonra qətlin üstü açıldı — Qatil ən yaxını imiş
19 il əvvəl Kastamonuda avtomobilində başından iki güllə yarası alan Halil Çamyaranın qətlində şübhəli bilinən şəxslər tutulub.
News24.az Demokrat.az-a istinadən xəbər verir ki, 2005-ci ildən qardaşını öldürən şübhəliləri axtaran Bahriye Çamyaran "19 ildən sonra yenidən doğuldum, bu hissləri izah etmək mümkün deyil" deyib.
Halil Çamyaranın qatilinin onun ən yaxın qohumları arasında olduğu üzə çıxıb. Halil Çamyaranın 2005-ci il mayın 13-də Kastamonu-Taşköprü yolunun Hacıbəy və Etyemez kəndlərinin kəsişməsində avtomobildə güllələnərək öldürüldüyü hadisəyə aydınlıq gətirmək üçün təxminən bir il əvvəl yeni bir araşdırma başladılıb.
Həbs edilən H.K-nın Halil Çamyaranın əmisi oğlu olduğu öyrənilib. Hadisə ilə bağlı danışan Halil Çamyaranın bacısı Bahriye Çamyaran Erol qardaşının qatillərini tutmaq üçün 19 ildir, mübarizə apardığını və ədalətin illər sonra yerini tapdığını bildirib
“Öldürməmişəm, heç kimi öldürməmişəm” deyən H.K.-dan soruşmaq istəyirəm: "Mən əlil arabasındayam, saçım ağarıb. 19 ildir, gülməmişəm. Biz nə etdik ki, qardaşımı öldürdün? Mən ədalətin bərqərar olmasını istəyirəm" -.Halil Çamyaranın bacısı üsyan edib.