-
- 6-07-2024, 17:21
- 330
Pəncərə silən 29 yaşlı qadın yıxılıb öldü
Pirallahı rayonunda gənc qadın bədbəxt hadisə nəticəsində ölüb.
News24.az “Qafqazinfo”-a istinadən xəbər verir ki, 29 yaşlı İlahə Hacıyeva yaşadığı mənzilin pəncərəsini silərkən yıxılıb.
Qadın ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Hadisənin ehtiyatsızlıq, yoxsa cinayət olduğunu müəyyən etmək məqsədi ilə rayon prokurorluğunda araşdırma aparılır.