23 yaşlı qız xəsarət aldı
Hadisə
Bakının Nizami rayonunda 23 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.
News24.az "Report"-a istinadən xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 2001-ci il təvəllüdlü Hüseynova Təhminə Telman qızı xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır .