Sumqayıtda meyiti aşkarlanan 18 yaşlı gənc Mirmahmud Mirəlioğlunun nəvəsidir – Yeniləndi

Sumqayıtda meyiti aşkarlanan 18 yaşlı gənc Mirmahmud Mirəlioğlunun nəvəsidir – Yeniləndi Hadisə

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlunun 18 yaşlı nəvəsi ürəktutmasından vəfat edib.

News24.az xəbər verir ki, bu barədə APA-ya ailəsindən xəbər verilib.

Partiya sədrinin nəvəsi Fəttayev Müşfiq Mirmehdi oğlu bu gün saat 20.00 radələrində avtomobildə olarkən özünü pis hiss edib. Həmin vaxt avtomobildə olan ailə üzvləri onu Sumqayıtda xəstəxananın təcili yardım şöbəsinə aparıblar. Ancaq həkimlərin səyinə baxmayaraq, Müşfiq Fəttayev həyatını itirib.

Müşfiq Fəttayev Bakı Dövlət Universitetinin ikinci kurs tələbəsi olub.

Qeyd edək ki, Mirmahmud Mirəlioğlunun oğlu, 11-ci sinif şagirdi olan Mircəlil Fəttayev 2009 oktyabrın 2-də, 28 yaşlı qızı Mahirə Fəttayeva 11 iyun 2012-ci ildə ürəktutmasından vəfat edib.

**

Sumqayıt şəhərində 30-cu məhəllə ərazisində 18 yaşlı gəncin meyiti aşkarlanıb.

News24.az xəbər verir ki, 2007-ci il təvəllüdlü Fəttayev Müşfiq Mirmehdi oğlunun cansız bədəni yaxınları tərəfindən tapılıb.

Hadisə barədə dərhal təcili tibbi yardıma məlumat verilsə də, həkiməqədər ölüm faktı qeydə alınıb.

Ölümün dəqiq səbəbinin müəyyən edilməsi məqsədilə meyit müvafiq ekspertizaya göndərilib.

Vəfat edən gənc Azərbaycanda tanınmış partiya sədri Mirmahmud Fəttayevin nəvəsidir.

Partiya sədrinin oğlu Mirmehdi Fəttayevin iki övladı var. Onlardan böyüyü 18 yaşlı Müşfiq Fəttayev, kiçik oğlu isə məktəblidir.

Bu, Mirmahmud Mirəlioğlunun ailəsində baş verən ilk faciə deyil.

Onun üç övladı erkən həyatdan köçüblər.

İlk dəfə M.Mirəlioğlu 1991-ci ildə baş verən faciəli yol qəzası nəticəsində 5 yaşlı oğlunu itirib.

Partiya sədrinin digər oğlu Mircəlil Fəttayev 2009-cu ildə ürək tutmasından vəfat edib.

2012-ci ildə isə Mirəlioğlunun qızı 28 yaşlı Mahirə Fəttayeva qəflətən dünyasını dəyişib.

2016-cı ildə Mirəlioğlunun 11- ci sinifdə oxuyan bacısı oğlu Ümid qəflətən dünyasını dəyişib. (Denmedia.az)