Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Neftçala Regional Kompleks Monitorinq Laboratoriyasının açılışı olub.

News24.az xəbər verir ki, laboratoriya 10 rayonu əhatə edəcək.

Müasir tələblərə cavab verən cihaz və avadanlıqlarla təchiz olunan laboratoriyanın yaradılmasında məqsəd Xəzərə tökülən transsərhəd çayların suyunun keyfiyyətinə nəzarəti gücləndirməklə dənizin çirkləndirilməsinin qarşısını almaq, səth sularının, atmosfer yağıntılarının və torpağın kimyəvi analizlərini həyata keçirmək, eyni zamanda sahil və keçid sularının monitorinqini aparmaqdır.

Xatırladaq ki, 23 may Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçilərinin peşə bayramıdır.

Fotolar

Teglər: ETSN Neftçala