Polşalı futbolçu “İnter”lə müqavilə imzaladı
    • 7-07-2024, 13:28
    • 338

Polşalı futbolçu “İnter”lə müqavilə imzaladı


Polşalı futbolçu Pyotr Zelinski “İnter”lə müqavilə imzalayıb.

News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə Milan klubu məlumat yayıb.

Tərəflər arasında razılaşma 2027-ci ilin yayına kimi nəzərdə tutulub. 30 yaşlı yarımmüadfiəçi “İnter”ə sərbəst agent kimi qoşulub.

Qeyd edək ki, Zelenski 2016-cı ildən “Napoli”də çıxış edib. O, komandanın heyətində 364 oyunda forma geyinib və 51 qol vurub, 46 ötürmə verib. Polşalı futbolçu 2023-cü ildə İtaliya çempionu titulunu qazanıb.