Ölkə çempionunda yeni prezident
    • 4-06-2024, 14:34
    • 207

Ölkə çempionunda yeni prezident

İtaliya “İnter”inin yeni prezidenti bəlli olub.

News24.az idman.biz-ə istinadla xəbər verir ki, bu vəzifəyə Cüzeppe Marotta təyin edilib.

O, təyinatına qədər A seriyası təmsilçisinin baş direktoru kimi çalışıb. Bir müddət əvvəl “İnter”in sahibi də dəyişib. Kreditləri vaxtında ödəyə bilməyən Çinin “Suning Group” holdinqi Milan klubunu ABŞ-ın “Oaktree” fonduna verməli olub.

Qeyd edək ki, “İnter” başa çatan mövsümdə İtaliya çempionu titulunu qazanıb.