Çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı
    • 7-07-2024, 14:20
    • 284

Çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı


Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən News24.az-a bildirilib ki, iyulun 8-də mülayim şimal-qərb küləyi əsəcək.


Dəniz suyunun temperaturu:

Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26° isti,

Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 26-27° isti olacaq.