-
- 7-07-2024, 18:34
- 2 213
Türkiyədə zəlzələ oldu
Aralıq dənizinin şərqində 4,1 maqnitudalı (Mw) zəlzələ olub.
News24.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi bildirib.
Qurumun verilənlərinə əsasən, yeraltı təkanların ocağı 6,97 km dərinlikdə yerləşib. Türkiyə vaxtı ilə 16:55-də (Bakı vaxtı ilə 17:55) qeydə alınmış təbiət hadisəsinin episentri Muğla şəhərinin Datça rayonundan 251,35 km cənubda olub.
Regionda sunami təhlükəsi barədə xəbərdarlıq edilməyib.