Ağdamda yol qəzası: Xəsarət alan var
    • 8-07-2024, 08:41
    • 170

Ağdamda yol qəzası: Xəsarət alan var


Ağdamda yol-nəqliyyat hadisəsi baş verib, hadisə nəticəsində bir nəfər ağır xəsarət alıb.

News24.az Apa-ya istinadla xəbər verir ki, hadisə Bərdə-Ağdam yolunun Ağdam rayon Təzəkənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Ağdam istiqamətində hərəkətdə olan "Mercedes" markalı minik avtomobili idarəetməni itirərək aşıb. Hadisə nəticəsində avtomobildə olan sərnişin, Ağdam rayon Güllücə kənd sakini, 1988-ci təvəllüdlü Rövşən Aslanov müxtəlif növ bədən xəsarətləri alıb.

Yaralı Ağdam mərkəzi rayon xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərildikdən sonra Bərdə rayon mərkəzi xəstəxanasına göndərilib.

Faktla bağlı Ağdam rayon polis şöbəsində araşdırma başladılıb.