Bərdədə dəhşətli qəza: dörd nəfər öldü
    • 2-02-2023, 20:38
    • 227

Bərdədə dəhşətli qəza: dörd nəfər öldü

Bərdə ağır yol-nəqliyyat hadisəsi baş verib, ölənlər var.

News24.az xəbər verir ki, hadisə Bərdə-Ağdam yolunun Bərdə rayon Kətəlparaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"Mercedes" və "Niva" markalı minik avtomobillərinin toqquşması nəticəsində azı 4 nəfərin öldüyü bildirilir.

Qəzada xəsarət alan şəxslər Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.