Bred Pittin "Formula 1" filmindən ilk treyler - VİDEO
    • 8-07-2024, 13:10
    • 276

Bred Pittin "Formula 1" filmindən ilk treyler - VİDEO

Məşhur aktyor Bred Pitt yeni Formula 1 filmi ilə böyük ekrana qayıdır. 

News24.az xəbər verir ki, rejissor Cozef Kosinski olan film 27 iyun 2025-ci ildə ekranlara çıxacaq. Səbirsizliklə gözlənilən filmin ilk treyleri yayımlanıb.

"F1" adlanan filmdə Kerri Kondon, Xavyer Bardem, Tobias Menzies, Sara Nayls, Kim Bodnia və Samson Kayo kimi adlar çəkilib. 

Qeyd edək ki, filmdə Pitt 30 ildən sonra trasa qayıdan Sonni Hayes adlı Formula 1 pilotunu canlandıracaq.

Günel Məlikzadə