-
- 5-10-2024, 23:37
- 402
Kişi tez-tez gül istəyən arvadını balta ilə öldürdü
Rusiyanın Rostov vilayətinin Novoçerkassk şəhərində kişi mübahisə zamanı 52 yaşlı arvadını vəhşicəsinə qətlə yetirib.
News24.az Lent.az-a istinadla bildirir ki, hadisə sentyabrın 30-a keçən gecə baş verib. Əvvəllər məhkum olunmuş şəxs yaşadığı mənzildə sərxoş vəziyyətdə olub və qısqanclıq zəminində yaranmış mübahisə zamanı arvadına balta ilə ölümcül zərbələr vurub.
Öz növbəsində hüquq-mühafizə orqanlarındakı mənbə aydınlaşdırıb ki, qadın ərinə tez-tez çiçək, hədiyyə vermədiyi və onu heç yerə aparmadığı barədə şikayətlər edib. Mübahisə də məhz bu səbəblə yaranıb və nəticədə kişi arvadını öldürüb.