20 yaşlı azərbaycanlı HƏLAK OLDU
    • 8-07-2024, 14:06
    • 204

20 yaşlı azərbaycanlı HƏLAK OLDU

Voronej vilayətinin azərbaycanlı icması Rusiya Silahlı Qüvvələrinin əsgəri Sahib Əsədullayevin ölümündən sonra “İgidliyə görə” ordeni ilə təltif edildiyi barədə məlumat yayıb.

News24.az Lent.az-a istinadən bildirir ki, Borisoqlebsk şəhərinin sakini Sahib Yusif oğlu Əsədullayev iyunun 29-dan 30-na keçən gecə “Donetsk Xalq Respublikası” ərazisinə pilotsuz təyyarənin hücumu zamanı həmkarlarını təkbaşına müdafiə edərək qəhrəmancasına həlak olub.

20 yaşlı gənc altı yoldaşının həyatını xilas edib.