Beril qasırğasında ölənlərin sayı artdı
    • 8-07-2024, 15:46
    • 220

Beril qasırğasında ölənlərin sayı artdı

Amerika qitəsində böyük dağıntılara səbəb olan Beril qasırğası təsirini davam etdirir.

News24.az xəbər verir ki, əvvəlcə Karib hövzəsi ölkələrində, sonra isə Yukatan yarımadasında dağıntılara səbəb olan Beril qasırğasının qurbanları getdikcə ağırlaşır.

Çatdığı rayonlarda binalara böyük ziyan vuran, elektrik naqillərini sökən qasırğada ölənlərin sayı 11-ə çatıb.

ABŞ Milli Qasırğa Mərkəzi (NHC) tərəfindən edilən açıqlamada, can itkisinə səbəb olan və bu gün Texasa çatan qasırğa səbəbiylə hər iki istiqamətdə uçuşların dayandırıldığı, bunun ölümcül qasırğa ola biləcəyi ilə bağlı xəbərdarlıqların da edildiyi bildirilib. 

Texas qubernatorunun müavini Den Patrik 120 bölgəni fəlakət zonası elan edib.

Qeyd edək ki, qasırğa səbəbindən bir çox şəhərlərdə, o cümlədən ştatın ən böyük şəhəri Hyustonda təhsil dayandırılıb. Sahil şəhərlərində az sayda evakuasiya əmri verilib.

Texas ştatının cənubundakı Korpus Kristi, Qalveston və Hyuston şəhərləri ətrafındakı böyük neft limanları bağlanarkən, Shell və Chevron kimi neft şirkətləri Meksika körfəzi yaxınlığındakı istehsal sahəsindəki işçilərini evakuasiya edib.

Günel Məlikzadə