Qasırğa can aldı
    • 4-07-2024, 09:06
    • 240

Qasırğa can aldı

Yamaykanın paytaxtı Kinqstonda Beril qasırğası səbəbindən yollar su altında qalıb, ağaclar kökündən qopub.

News24.az xəbər verir ki, güclü külək və yağış nəticəsində yolları su basıb. Bir körpü sular altında qalıb.

Ölkədə də rabitə dayanıb və 4-cü kateqoriya qasırğada indiyədək 10 nəfər ölüb.

Qeyd edək ki, səlahiyyətlilər, ölkə daxilində rabitə bərpa olunduqca sürətlənən zərərin qiymətləndirilməsi işləri nəticəsində ölənlərin sayının artacağından narahat olduqlarını bildirdilər.

Qasırğa Yamaykanın cənubuna təsir etməyə başladıqdan sonra o, ölkə daxilində hərəkət edib.

Baş nazir Endryu Holness hava limanlarının bağlandığını açıqlayıb. Eyni zamanda, dünən ölkədə komendant saatı elan edilib.

Əhali təhlükəsiz ərazilərə getməyə çağırılıb.

Təxminən min insanın sığınacaqlarda olduğu bildirilib.

Küləyin sürətinin saatda 209 kilometrə çatdığı qeyd edilib. Beril qasırğası 2024-cü il Atlantik mövsümünün ilk qasırğası olub.

Onu da bildirək ki, Amerika Milli Qasırğa Mərkəzinin məlumatına görə, Berilin bu gecə Meksikanın Yukatan adasına təsir edəcəyi gözlənilir.

Günel Məlikzadə