Öküz qaçışı zamanı YARALANANLAR oldu
    • 8-07-2024, 21:40
    • 209

Öküz qaçışı zamanı YARALANANLAR oldu

İyulun 6-da İspaniyada başlayan məşhur San Fermin Festivalı müxtəlif tədbirlərlə davam edir.

News24.az xəbər verir ki, festival çərçivəsində Pamplona şəhərində minlərlə insan öküz qaçışı üçün ənənəvi ağ paltar və qırmızı eşarp geyinərək küçələrə axışıb.

Şəhər meydanına toplaşan insanlar təxminən 3 dəqiqə 850 metr məsafədə öküzlərdən qaçmağa çalışıblar.

Yerli hakimiyyət orqanlarından verilən açıqlamada, dünən keçirilən yarışda 1 nəfərin öküz buynuzu ilə hücuma məruz qaldığı, qaçış zamanı 5 nəfərin yaralandığı bildirilib.

Qeyd edək ki, konsertlər, dini mərasimlər kimi müxtəlif tədbirlərin keçirildiyi Festival iyulun 14-də başa çatacaq.

Günel Məlikzadə