Öküz tamaşaçılara hücum etdi: Yaralılar var
    • 10-06-2024, 23:50
    • 390

Öküz tamaşaçılara hücum etdi: Yaralılar var

ABŞ-ın Oreqon ştatında rodeo şousu fəlakətin astanasından xilas edilib.

News24.az xəbər verir ki, Sisters şəhərində tamaşa zamanı öküz məhəccərlərin üstündən tullanaraq tamaşaçıların üzərinə düşüb.

Tamaşaçılar böyük çaxnaşma yaşayarkən sürətlə qaçan öküzün şou sahəsini tərk edərək buynuzları ilə bir adama hücum etdiyi görülüb.

Səlahiyyətlilərdən verilən açıqlamada hadisə yerinə gələn sağlamlıq qruplarının hadisə zamanı yaralanan 4 nəfəri xəstəxanaya apardığı bildirilib.

"Sisters" Rodeo Dərnəyindən verilən açıqlamada öküzün heyvanların saxlandığı əraziyə doğru qaçdığı və qruplar tərəfindən tutulduğu bildirilib.

Baytarlar tərəfindən müayinə edilən öküzün səhhətinin yaxşı olduğu, xəsarət alan 2 nəfərin isə xəstəxanadan buraxıldığı açıqlanıb.

Günel Məlikzadə