-
- 8-07-2024, 23:20
- 709
Mütəxəssislərdən miqren xəstələrinə xəbərdarlıq
Mütəxəssislər bildirirlər ki, miqren beyində baş verən bir sıra kimyəvi dəyişikliklər nəticəsində xüsusi bir baş ağrısı növüdür.
News24.az xəbər verir ki, ağrı adətən başın bir yarısından başlayır və ən azı 4 saat davam edir. Bu, ürəkbulanma, qusma, işığa, səsə, qoxuya həssaslığın artması ilə müşayiət olunur. Bu xəstəlik dünyada insanların həyat keyfiyyətini pozaraq iztirablara səbəb olan ilk 10 xəstəlik sırasındadır. Hormonlar, aclıq, stress, yuxu pozğunluqları, müxtəlif qidalar, qeyri-kafi su istehlakı, iqlim dəyişikliyi, işıq, səs və qoxu baxımından uyğun olmayan ekoloji şərtlər miqrenə səbəb ola bilir.
Mütəxəssis həkimlər miqren müalicəsinin beyində kimyəvi maddələrə qarşı müdaxilələri ehtiva etmədikcə müvəffəqiyyətli olmayacağını söyləyirlər. Miqren xəstənin şüurunun artırılması, həyat tərzinin tənzimlənməsi, dərman və ya dərmansız müdaxilələrlə müalicəsi mümkün olan bir xəstəlikdir. Z Miqren müalicə edilməli olan bir sağlamlıq problemidir. Çünki xroniki miqren Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə təcili yardım siyahısında ilk 10 xəstəlik arasındadır. Xəstələrin dörddə birində həyat keyfiyyətinin 90 faizdən çox pisləşdiyi bildirilir. Xəstələrin 65%-dən çoxu miqren tutmaları səbəbindən işdə problem yaşadıqlarını bildirir. Belə xəstələr üçün Amerikada ildə 40 milyon dollar, Avropada isə 50 milyon dollar xərclənir. İngiltərədə gündə təxminən 100 min insan məktəbə və ya işə gedə bilmir.
Qeyd edək ki, temperaturun yüksəldiyi bu günlərdə miqren ağrılarından əziyyət çəkən xəstələrə tövsiyələr verən mütəxəssislər, “Miqren ağrılarından əziyyət çəkən xəstələrə yay aylarında günəşin yüksək olduğu vaxtlarda papaq taxmalarını, gün eynəklərindən istifadə etmələrini, gəzintidən çəkinmələrini tövsiyə edirik. Bundan əlavə, evdə idman etmək, bol su içmək, qəhvə miqdarını azaltmaq və mümkün qədər gündəlik rejimi saxlamaq ağrıları aradan qaldıracaq. Stressin miqreni artıra biləcəyini unutmaq olmaz, ancaq miqren mahiyyətcə psixoloji olaraq təyin olunan bir ağrı növü deyil" deyiblər.
Günel Məlikzadə