Seray Kaya ekranlara qayıdır!
    • 9-07-2024, 11:56
    • 195

Seray Kaya ekranlara qayıdır!

Gözəl aktrisa Seray Kaya ötən axşam Etilerdəki məkana girərkən görüntülənib. 

News24.az xəbər verir ki, jurnalistləri görəndə kameralara poza verən Kaya karyerası və tətil planları ilə bağlı açıqlamalar verib.

Aktrisa "Yenə Bodruma tətilə getmək istəyirəm. Tarix tam dəqiq deyil, amma daha bir tətilimiz olacaq", - deyərək məkana daxil olub.

Əlavə olaraq yeni layihələrin olacağını da qeyd edib.

Məlumat üçün qeyd edək ki, o,  "Qadın" serialındakı "Şirin" rolu ilə məşhurlaşan aktrisa daha sonra , "Kuruluş: Osman", "Mahkum" və "Bir Kürçük Gün İşığı" kimi kinolarda yer alıb. 

Məryəm