Xəstəxanaya eyni anda 4 hamilə qız gətirildi - 15 YAŞLARI VAR
    • 24-05-2019, 11:30
    • 1 334

Xəstəxanaya eyni anda 4 hamilə qız gətirildi - 15 YAŞLARI VAR

Mayın 23-də bir gün ərzində rayon sakinləri olan 4 qız Ağstafa Rayon Mərkəzi Xəstəxanasına daxil olub. 15 yaşlarında olan qızların hər birinin hamilə olduğu müəyyən edilib. 

News24.az
"Qafqazinfo"ya istinadla xəbər verir ki, azırda qızlar xəstəxanada həkim nəzarəti altında saxlanılır, rayon polis və prokurorluq orqanları tərəfindən araşdırma aparılır.

Ağstafa Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Fatma Vəliyeva Modern.az-a açıqlamasında qeyd edib ki, xəstəxanada ginekologiya şöbəsi yoxdur, doğum şöbəsi var:“Şöbə olmadığı üçün şəxsin hamiləliyin təyin olunması da aparılmır. Bizdə doğuş şöbəsi var, ora da normal doğuşa gələnlər qəbul edilir. 15 yaşlını isə biz doğuşa götürə bilmərik, bu, mümkün deyil. Həm də mümkün deyil ki, 4 nəfər 15 yaşlının hamısı eyni gündə bizə müraciət etsin. Bizdə yalnız normal-9 aylıq doğuşlar aparılır. Onlar da öz qeydiyyatımızda olan vətəndaşlardır. Birmənalı şəkildə belə hal olmayıb”.