"Beşiktaş"ın Ciro İmmobile təklifi açıqlanıb
    • 9-07-2024, 13:44
    • 240

"Beşiktaş"ın Ciro İmmobile təklifi açıqlanıb

"Beşiktaş"da növbəti mövsümün hazırlıqları davam edərkən, transfer səyləri də sürətlənib.

Di Marzionun xəbərinə görə, "Beşiktaş"ın "Latsio"da çıxış edən Ciro İmmobileni heyətinə qatmağa yaxın olduğu iddia edilib.

News24.az xəbər verir ki, İtaliyalı futbolçunun "Latsio"dan ayrılmaq istədiyi də qeyd edilib.

İtaliya komandasının müqaviləsi 2026-cı ildə başa çatacaq İmmobile üçün 5 milyon avroluq transfer haqqı istədiyi bildirilir.

"Beşiktaş"ın 34 yaşlı hücumçuya ümumilikdə 12 milyon avro qarşılığında 3 illik müqavilə təklif edəcəyi bildirilib.

Günel Məlikzadə