-
- 9-07-2024, 20:53
- 271
Aktrisa sevgilisi ilə münasibətlərindən danışdı
Son zamanlar türkiyəli milyarder Hakan Sabancı ilə eşq yaşadığı deyilən, gündəmdən düşməyən məşhur aktrisa Hande Erçel "InStyle" jurnalına müsahibə verib.
News24.az Publika.az-a istinadən xəbər verir ki, aktrisa münasibətləri məhz qarşılıqlı hörmətin tarazlıqda saxladığını deyib.
Erçel sevgi münasibətlərində hörmətin çox önəmli olduğunu əlavə edib:
“Məncə, münasibəti tarazlıqda saxlayan hörmətdir. Düşünürəm ki, iki sevən şəxsin bir-birinin həyata baxışına və maraqlarına hörmət etməsi hər bir əlaqənin ən vacib nöqtəsidir".
Aktrisa hazırda çox məhsuldar dövrdə olduğunu da bildirib:
“Bu dövr yeniliklərdən həyəcanlandığım, axardan həzz aldığım, eyni zamanda sakit olduğum günlərdir”.
Müsahibə zamanı Hande Erçel həyatında ən vacib məqamın ailəsi olduğunu açıqlayıb: “Ailə mənim üçün hər şey deməkdir”.
O, müsahibəsini bu fikirləri ilə bitirib:
“Adətən ürəyimin səsini dinləyib rasional qərarlar verirəm. Ürəyimin səsi məni çox vaxt doğru yola yönəldir”.