-
- 9-07-2024, 22:10
- 227
Zelenski Modinin Rusiyaya səfərini “məyusedici” adlandırıb
Hindistanın baş naziri Narendra Modi iyun ayında üçüncü dəfə baş nazir seçildikdən sonra ilk xarici səfərini edib və dünən Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşüb.
News24.az xəbər verir ki, Rusiya prezidenti Putin rəsmi iqamətgahında keçirilən qeyri-rəsmi görüşdə yenidən baş nazir seçilən Modini təbrik edərək, “Sizi yenidən baş nazir seçilməyiniz münasibətilə təbrik etmək istərdim. Məncə bunun yaxşı səbəbi var. Bu, hökumətin başında uzun illər fəaliyyətinizin nəticəsidir. Sizin öz ideyalarınız var, siz çox enerjili insansınız. Hindistana və onun xalqına fayda verəcək nəticələr əldə etməyi bilirsiniz. Və nəticə aydındır: Hindistan dünyanın üçüncü ən böyük iqtisadiyyatıdır. Bu, yəqin ki, 1,4 milyard insanla, əhalisinin sayına görə dünyanın ən böyük ölkəsidir.
Hindistanın baş naziri Narendra Modi ikitərəfli münasibətləri gücləndirmək üçün göstərdiyi səylərə görə prezident Vladimir Putinə təşəkkür edib. Rusiyanı istənilən şəraitdə köməyə gələn dost kimi xarakterizə edib.
Ötən gün Rusiyanın Ukraynanın bir çox bölgəsinə raket hücumları nəticəsində 38 nəfər ölüb, 190 nəfər yaralanıb. Ukrayna prezidenti Vladimir Zelenski Hindistanın baş naziri Modinin belə bir gündə Rusiyaya səfər etməsinə reaksiya verib. Zelenski, "Dünyanın ən böyük demokratiyasının liderinin belə bir gündə Moskvada dünyanın ən qanlı cinayətkarını qucaqladığını görmək böyük məyusluq və sülh səylərinə sarsıdıcı zərbədir" dedi.
Günel Məlikzadə