Bu ölkənin Baş naziri istefa verdi
    • 5-06-2024, 17:49
    • 285

Bu ölkənin Baş naziri istefa verdi

Hindistanın Baş naziri Narendra Modi çərşənbə günü günortadan sonra Hindistan prezidenti Draupadi Murmu ilə görüşüb və onun istefasını bildirib.

News24.az xəbər verir ki, bu barədə Prezident Katibliyi bildirib.

“Baş nazir Narendra Modi bu gün prezidentlə görüşüb və kabinetlə birlikdə istefa verib. Prezident istefanı qəbul edib və Narendra Modi və Nazirlər Kabinetindən yeni hökumət fəaliyyətə başlayana qədər işi davam etdirməyi xahiş edib”, - deyə məlumatda bildirilir.

Müəyyən edilmiş prosedura əsasən, parlament seçkilərinin nəticələrinə əsasən Hindistanın baş naziri və Nazirlər Kabineti istefa verməli, lakin yeni hökumət formalaşana qədər öz vəzifələrini icra etməlidir.

Mehriban Mirzəzadə