"Yalı Çapkını" Ferit: Mənim üçün ən çətin səhnə bu idi
    • 9-07-2024, 23:10
    • 570

"Yalı Çapkını" Ferit: Mənim üçün ən çətin səhnə bu idi

Afra Saraçoğlu və Çətin Tekindorla baş rolları paylaşdığı “Yalı Çapkını” filmində Ferit obrazını canlandıran Mert Ramazan Dəmir indi üçüncü sezondan əvvəl dincəlir.

News24.az xəbər verir ki,v son olaraq siması olduğu marka üçün kamera qarşısına keçən Dəmir bilinməyən məqamlardan danışıb.

Ən az sevdiyi xüsusiyyətinin diqqətsizlik olduğunu deyən Dəmir, "Həyatda ən çox ailəmə önəm verirəm" dedi.

“Tezliklə 30 olmaq istəyirəm” deyən məşhur aktyor sevmədiyi insanlarla bağlı bunları deyib:

“Mən həmişə problemlərdən danışan insanları sevmirəm”.

Çəkiliş meydançasında yaşadığı ən çətin səhnəni izah edən Mert Ramazan Demir, "Feritin qardaşının öldüyünü öyrəndiyi an!" deyə suala cavab verib.

Məşhur aktyor, "Çiləyici sistem var idi. Səhnə bir dəfə çəkilməli idi. İnanılmaz stressli idi",- deyə bildirib.

Günel Məlikzadə