Bakıda ikimərtəbəli yaşayış binasının zirzəmisində meyit aşkarlandı
    • 24-05-2019, 13:21
    • 729

Bakıda ikimərtəbəli yaşayış binasının zirzəmisində meyit aşkarlandı

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər ikimərtəbəli yaşayış binasının zirzəmisində köməksiz vəziyyətdə qalıb.

FHN-dən News24.az-a hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri zirzəminin qapısını açıb və orada aşkarlanan 1 nəfərin meyitini (şəxsiyyəti dəqiqləşdirilir) aidiyyəti üzrə təhvil veriblər.