Ərdoğan ABŞ-da - FOTO
    • 10-07-2024, 09:00
    • 174

Ərdoğan ABŞ-da - FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO Dövlət və Hökumət Başçıları Zirvə toplantısında iştirak etmək üçün ABŞ-ın paytaxtı Vaşinqtona gedib.

News24.az xəbər verir ki, Ərdoğan və onu müşayiət edən nümayəndə heyəti Endryus Hərbi Hava Bazasında Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş və Vaşinqton səfiri Sedat Önal tərəfindən qarşılanıb.

Ərdoğan buradan qalacağı otelə gedib. Prezident burada Türk vətəndaşların sevgi nümayişi ilə qarşılanıb.

Ərdoğanı qarşılayanlar əllərində türk və ingilis dillərində “Xoş gəldin” yazılan pankartlar tutublar. “Türkiyə səninlə fəxr edir” şüarları da səsləndirilib.

Prezident və xanımı Əminə Ərdoğan sevgi nümayişinə əllərini yelləyərək cavab veriblər.

Ərdoğan daha sonra Andrew W. Mellon Auditorium-da keçirilən NATO-nun 75-ci ildönümünü anma tədbirində iştirak edib.

O, tədbirdə iştirak edən dövlət və hökumət başçıları ilə birgə şəkil çəkdirib.

Proqramın sonunda Ərdoğan qalacağı otelə qayıdıb.

Qeyd edək ki, burada o, Macarıstanın baş naziri Viktor Orbanla görüşüb. İclasda hər iki ölkənin nümayəndə heyətləri də iştirak edib.

Günel Məlikzadə