Ərdoğan Madriddə səfərdədir
    • 28-06-2022, 20:07
    • 243

Ərdoğan Madriddə səfərdədir

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan NATO-nun Dövlət və Hökumət Başçıları Zirvə Toplantısında iştirak etmək və sammit çərçivəsində ikitərəfli təmaslar aparmaq üçün İspaniyanın paytaxtı Madridə gedib.

Ərdoğanı "Madrid Torrejon de Ardoz" Hərbi Hava Limanında İspaniya rəsmiləri, xarici işlər nazirinin müavini Sedat Önal, Türkiyənin NATO-dakı daimi nümayəndəsi Basat Öztürk və Madrid səfiri Burak Akçapar qarşılayıb.

Ərdoğanın bəzi müttəfiq və tərəfdaş ölkələrin liderləri ilə görüşü gözlənilən sammitdə alyansın gələcək işlərinə istiqamət verəcək yeni Strateji Konsepsiya sənədinin təsdiqi də gündəmdə olacaq.

Sammitdə həmçinin Avro-Atlantik təhlükəsizliyə qarşı təhdid və çağırışlar qarşısında strateji səviyyədə fikir mübadiləsinin aparılacaq, Rusiya-Ukrayna müharibəsinin alyansa təsirləri dəyərləndiriləcək, NATO-nun çəkindirmə və müdafiə strukturu nəzərdən keçiriləcək.

Səfər zamanı Ərdoğanı həyat yoldaşı Əminə Ərdoğan və ölkə rəsmiləri müşayiət edir. /Qafqazinfo/