Simpsonlardakı bu səhnə hər kəsi təəccübləndirdi: bu il görün nələr olacaq
    • 10-07-2024, 19:10
    • 311

Simpsonlardakı bu səhnə hər kəsi təəccübləndirdi: bu il görün nələr olacaq

Məşhur Amerika cizgi filmi “The Simpsons” dünyanı şoka salan proqnozlarına yenisini əlavə edib.

News24.az Publika.az-a istinadla xəbər verir ki, 1989-cu ildən bəri bu cizgi film yumoristik məzmunu və uzaqgörən proqnozları ilə tamaşaçılarını təəccübləndirməyə davam edir. Son bölümlərdən birində verilən proqnoz 2024-cü il üçün böyük qlobal əks-səda doğurub.

Proqnoza görə, gözlənilməz hava hadisələri və temperaturun dəyişməsi səbəbindən dünya üzrə qida istehsalında ciddi azalmalar olacaq. Bu vəziyyətin kənd təsərrüfatı məhsullarının qida dəyərini aşağı salacağı və insan sağlamlığına mənfi təsir göstərəcəyi təxmin edilir. İzləyicilər sosial şəbəkələrdə bəzi səhnələrin əvvəllər yaşandığı kimi bu mənzərənin də reallığa çevriləcəyindən narahatdırlar.

Qeyd edək ki, 35 mövsümdür yayımlanan serial daha əvvəl “Apple Vision” eynəkləri, Ledi Qaqanın “Superbowl” performansı və Donald Trampın prezidentliyə namizədliyi kimi bir çox hadisəni proqnozlaşdırıb.