“Simpsonlar“ 2024-cü il üçün nə proqnozlaşdırıb?
    • 8-01-2024, 22:39
    • 296

“Simpsonlar“ 2024-cü il üçün nə proqnozlaşdırıb?

Amerikanın “The Simpsons” ("Simpsonlar") cizgi filmi çoxdan gələcəyin uğurla proqnozlaşdırılması ilə məşhurdur. Buna görə də annimasiya cdünya televiziyası tarixində ən populyar ekran işi hesab olunur.

News24.az Yenisabah.az-a istinadla xəbər verir ki, onun yaradıcıları illər sonra reallığa çevrilən ssenarilərinin dəqiqliyi ilə pərəstişkarlarını dəfələrlə təəccübləndiriblər və gələcək hadisələri demək olar ki, mistik şəkildə təxmin edə bilirlər.

Bəziləri cizgi filminin yaradıcılarının gələcəyin inanılmaz səyyahları olduğuna inanır, digərləri isə proqnozların təsadüflə izah edirlər.

“Simpsonlar” 2024-cü ildə dünya üçün nə proqnozlaşdırıb?  

Olimpiya Oyunları 2024

"Simpsonlar"ın 10-cu mövsümündə, "Qoca və C-Student" epizodunda 2024-cü ildə Fransada Olimpiya Oyunlarının keçiriləcəyinə dair proqnoz var. O bu ölkə nümayəndəsinin Parisin Olimpiada üçün əla məkan olacağını dediyi skeçlə başlayır. Digərləri paytaxtlarını təklif edərək onunla mübahisə edirlər. Sonra isə fransız sədrin üzünə şərab atır. Həmin bölüm 1999-cu ildə ekrana çıxıb.

Qeyd edək ki, 2024-cü il Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək Parisdə keçiriləcək.

SSRİ-nin öz sərhədləri daxilində bərpası

“Simpsonlar”ın 25-ci mövsümünün 22-ci epizodunda SSRİ xəritəsi görünür. Yalnız bir neçə saniyə görünsə də, diqqətcil tamaşaçılar müəyyən ediblər ki, yeni İttifaqın tərkibinə 15 keçmiş respublikanın hamısı daxildir və ona yeni ölkələr - Norveç, Finlandiya və İsveç də əlavə olunur.

Əlbəttə, sonuncu iddia həqiqətən inanılmaz görünür. Lakin daha maraqlısı, cizgi filminin yaradıcılarından gələn aşağıdakı mesajdır: müfəttiş Çalmers  "Biz məktəb ətrafında 79-cu yarışa başlayırıq" ifadəsini deyir.

Fakt budur ki, 79 BMT Baş Assambleyasının iclası olan müntəzəm tədbirin seriya nömrəsidir. 2024-cü ilin payızında təşkilat 79-cu belə toplantı keçirməyi planlaşdırır.