-
- 10-07-2024, 14:04
- 358
İŞİD liderinin arvadına ölüm hökmü
İraqda Əbu Bəkr əl-Bağdadinin həyat yoldaşı üçün ölüm hökmü çıxarılıb.
News24.az xəbər verir ki, paytaxt Bağdaddakı Karh Cəza Məhkəməsi Mətbuat İdarəsindən mövzu ilə bağlı yazılı açıqlama verilib.
Açıqlamaya görə, məhkəmə Bağdadinin həyat yoldaşı Esma Məhəmmədi “İŞİD ilə əməkdaşlıq etmək və ilk olaraq evində yezidi qadınları həbs etmək, sonra isə onların Sincarın qərbində yerləşən Sincardan İŞİD yaraqlıları tərəfindən qaçırılmasına kömək etmək” ittihamı ilə ölüm hökmü çıxarıb.
ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2019-cu il oktyabrın 27-də İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin ABŞ Xüsusi Təyinatlı Qüvvələrinin Suriyanın şimalında İdlibdə keçirdiyi əməliyyatda öldürüldüyünü açıqlayıb.
Günel Məlikzadə