"Prius"la "İsuzu" toqquşdu, 4 nəfər yaralandı
    • 10-07-2024, 15:58
    • 191

"Prius"la "İsuzu" toqquşdu, 4 nəfər yaralandı

Sumqayıtda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

News24.az APA-ya istinadla xəbər verir ki, hadisə Sülh prospekti ilə Səməd Vurğun küçəsini kəsişməsində qeydə alınıb.

"Toyota Prius” və "İsuzu" markalı avtomobillər toqquşub. Nəticədə "Prius"da olan sürücü və 3 sərnişin xəsarət alıb.

Yaralılar dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Fakt araşdırılır.